...

Antiböhran proqramı işçilərin ixtisara salınmasını nəzərdə tutmur - SOCAR prezidenti

Energetika Materials 17 Mart 2009 18:17 (UTC +04:00)
Antiböhran proqramı işçilərin ixtisara salınmasını nəzərdə tutmur - SOCAR prezidenti

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir E.İsmayılov /

Dünya maliyyə böhranı səbəbindən SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən hazırlanmış antiböhran proqramına əsasən işçilərin ixtisara salınması olmayacaq", - çərşənbə axşamı SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

"Biz antiböhran proqramını qəbul etmişik və onda iş yerlərinin azaldılması nəzərdə tutulmayıb", - Abdullayev bildirib.

Şirkət artıq vəsaitlərə qənaət, neft və qazın hasilatının artırılmasını nəzərdə tutan antiböhran proqramının həyata keçirilməsinə başlayıb.

"SOCAR qarşısında bütün iş sahələrində qənaət prinsipini əsas götürəcək. Bu, əsasən şirkətə daxil olan müəssisələrin işinə aiddir, - bir müddət əvvəl Abdullayev qeyd edib. - Və mən düşünürəm ki, bu dövrü [dünya maliyyə və iqtisadi böhranı] biz normal səviyyədə bitirəcəyik".

Onun sözlərinə görə, "şirkətdə əmək haqlarının azaldılması barədə hələ söhbət gedə bilməz". Maaşların artımı da gözlənilmir.

"SOCAR-da əmək haqqı 2003-cü ildən 3,5 dəfə artıb", - Abdullayev deyib.

Azərbaycanda 57 neft-qaz yatağı var. Onların 18-i suda, qalanı quruda yerləşir. SOCAR-ın əməkdaş heyəti 62 min nəfərdən çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti