...

Bakıda elektrik enerjisi istehlakı azalıb

Energetika Materials 29 Mart 2009 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir E.İsmayılov /

"Bakıelektrikşəbəkə" SC (Bakıda elektrik enerjisinin satışı və paylanması üzrə müəssisə) "Azərenerji" SC-dən ötən ilin analoji dövründə iki milyard kVt/s elektrik enerjisi tədarük etdiyi halda, yanvar-fevral ayları ərzində bu göstərici təxminən 1,8 milyard kVt/s elektrik enerjisi təşkil edib. Bu barədə "Bakıelektrikşəbəkə"nin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

"Bakıelektrikşəbəkə" yanvar ayında 963,3 milyon kVt/s elektrik enerjisi tədarük etdiyi halda, fevral ayında bu göstərici təxminən 836 milyon kVt/s elektrik enerjisi təşkil edib.

"Bakıelektrikşəbəkə"nin "Azərenerji" SC tərəfindən tədarük edilmiş elektrik enerjisi ödəmələri ötən ilin analoji dövründə 62,5 faiz təşkil etdiyi halda, yanvar-fevral aylarında bu göstərici 74,5 faizə bərabər olub.

"Azərenerji" SC-dən tədarük edilmiş elektrik enerjisi ödəmələri yanvar ayında 70 faiz təşkil etdiyi halda, fevral ayında bu göstərici 79 faiz təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti