...

Çin şirkətlərinin iştirakı ilə Qazaxıstanda neft hasilatı 20 milyon ton təşkil edib

Energetika Materials 30 Mart 2009 13:26 (UTC +04:00)

Qazaxıstan, Astana, 30 mart / Trend , müxbir K.Arınova/

Çin şirkətlərinin iştirakı ilə Qazaxıstanda hasil edilən neft hasilatı həcmi 20 mln. ton təşkil edir. Bu barədə Trend -ın xüsusi müxbirinə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Bu gün Çin şirkətlərinin iştirakı ilə Qazaxıstanda hasil edilən neftin həcmi 20 mln. ton təşkil edir. Bu həcmin təqribən 13 mln. tonu Çinin payına düşür", - deyə respublikanın Xarici Siyasət İdarəsinin məlumatında bildirilir.

Mətbuat xidmətinin məlumatına görə, bu gün Qazaxıstanda neft hasilatında CNPC, SINOPEC və CITIC kimi Çin şirkətləri fəal iştirak edir.

Xatırladaq ki, Çin Qazaxıstanın enerji bazarına 1997-ci il 24 sentyabr tarixində iki ölkə arasında neft və qaz sahəsində əməkdaşlıq barədə hökumətlərarası Saziş, həmçinin Qazaxıstan Respublikasının Energektika və Mineral Sərvətlər Nazirliyi və Çin Milli Neft Korporasiyası (SNRS) arasında Qazaxıstandan Çinə neft-qaz boru kəmərinin çəkilməsi və Qazaxıstanda yataqların işlənməsi layihələri barədə Ümumi Sazişin imzalanmasından sonra daxil olub.

Əldə olunan razılaşmalar hər iki tərəfin iştirakı ilə iki ölkə iqtisadiyyatı üçün əhəmiyyətli olan bir sıra birgə layihələrin reallaşdırılmasına imkan yaradıb.

Əvvəllər verilən məlumata görə, 2008-ci ilin avqustunda ÇXR Sədri Xu Tszintaonun Qazaxıstana səfəri zamanı Çinədək ikinci növbəli boru kəmərinin çəkilməsi yolu ilə Atasu-Alaşankou neft kəmərinin genişləndirilməsi üzrə saziş imzlanıb. Bu boru kəməri 2009-cu ildə istifadəyə verilə bilər. Neft kəmərinin gücü hazırkı 10 mln. ton neftdən 20 mln. tonadək artırılacaq.

2007-ci ilin dekabrında tərəflər Kenkiyək-Kumkol hissəsinin tikintisin başlayıblar. "Qazaxıstan-Çin" qaz kəmərinin tikinti layihəsi üzrə danışıqlar başa çatdırılıb.

2008-ci ilin iyulunda başa çatdırılması 2009-cu ilə planlaşdırılan "Türkmənistan-Çin" qaz kəmərinin Qazaxıstan hissəsinin tikintisinə başlanıb. Layihənin reallaşdırılması tranzit qazının Çinə nəqlini təmin edəcək və Qazaxıstan qazının ixrac marşrutlarının şaxələndirilməsinə imkan yaradacaq.

Bundan əlavə, "PetroKazakhstan" neft emalı zavodu Qazaxıstan və Çinə məxsusdur və burada Qazaxıstanı "Kazmunayqaz" SC təmsil edir.

2004-cü ilin aprelində Çinin Neft-Kimya Korporasiyası (Sinopec Group) Şimal yatağında bir neçə bloka sahib olan Amerikanın Fioc (First International Oil Sompany) şirkətini alıb. 2006-cı ilin dekabrında Çinin SITIC group transmilli şirkəti Qarajanbass yatağını istismar edən Nations energy-ni alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti