...

Mingəçevir SES elektrik enerjisi istehsalını artırıb

Energetika Materials 13 Aprel 2009 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel / Trend /

Cari ilin birinci rübündə Mingəçevir SES (Azərbaycanın qərb bölgəsi) tərəfindən proqnozlaşdırılan 105 mln. kilovat saata nisbətdə 123 mln. kilovat saatdan çox elektrik enerjisi istehsal olunub. Bu barədə "Azərenerji" SC-nin (Azərbaycanda iri elektrik enerjisi istehsalçısı) bazar ertəsi yayılan məlumatında bildirilir.

İlin əvvəlindən elektrik stansiyasında 110, 220 və 330 kilovoltluq yarımstansiyalar üzrə təmir-bərpa işləri aparılıb.

Hazırda Mirngəçevir su anbarında suyun səviyyəsi 77,82 metr təşkil edir, bu göstərici ötən ilin analoji dövründə 76,55 metrə bərabər idi.

Xəbər lenti

Xəbər lenti