...

Ağ Ev EIA başçılığına namizədini irəli sürüb

Energetika Materials 6 May 2009 18:49 (UTC +04:00)
Ağ Ev EIA başçılığına namizədini irəli sürüb

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir А.Bədəlova /

"ABŞ Prezidenti Barak Obama bu həftə ərzində ölkənin Enerji İnformasiyası İdarəsinin (EIA) yeni rəhbəri vəzifəsinə Riçard Nyueli təyin etmək niyyətindədir", - Ağ Evin məlumatında deyilir.

Nyuelin EIA başçısı vəzifəsinə təyinatı ABŞ Senatı tərəfindən qəbul edilməlidir.

Nyuel Duke Universitetinin enerji və iqtisadiyyat üzrə professorudur. Əvvəllər o, prezident yanında iqtisadi məsləhətçilər şurasının nəzdində enerji və ətraf mühitin mühafizəsi üzrə baş iqtisadçı vəzifəsində çalışıb.   

İndiyə qədər EIA-nın rəhbəri Qay Karuzo idi. O, bu vəzifədə 2002-ci ilin fevral ayından işləyirdi. Hazırda EIA rəhbəri vəzifəsini icra edən müvəqqəti şəxs Hovard Qrünspextdir.

Dövlət Enerji İnformasiyası İdarəsi ABŞ Departamentinin 1977-ci ildə Konqres tərəfindən yaradılmış enerji üzrə statistika agentliyidir.

Xəbər lenti

Xəbər lenti