...

ABŞ Azərbaycan neftinin idxalını artırıb

Energetika Materials 30 May 2009 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend /

Bu ilin yanvar-martında ABŞ Azərbaycandan 4,6 milyon barel neft idxal edib, beləki bu rəqəm 2008-ci ilin analoji dövründə 4,4 milyon barel təşkil edib, ABŞ-ın Dövlət Energetika İnformasiya İdarəsinin (EİA) məlumatında deyilir. 

Yanvarda ABŞ Azərbaycandan 2,1 milyon barel neft idxal edib. Fevralda ABŞ Azərbaycandan neft idxal etməyib. Martda bu göstərici 2,5 milyon barel təşkil edib.

EİA-nın verdiyi məlumata görə, 2007-ci ildə ABŞ Azərbaycandan 20,6 milyon, 2008-ci ildə 26,8 milyon barel neft idxal edib. Bu göstərici 2006-cı ildə 9,7 milyon barel təşkil edib.

Azərbaycan neftinin nəql edildiyi əsas ixrac marşrutu, nefti Türkiyə limanı Ceyhana çatdıran Bakı-Tbilisi-Ceyhan boru xəttidir.

Azərbaycanın yüngül nefti həmçinin Bakı-Supsa boru xətti ilə Gürcüstan limanı Supsaya çatdırılır və oradan nəql edilir.

Neft həmçinin Bakıdan dəmir yolu vasitəsi ilə Gürcüstanın Qara dəniz limanı Batumiyə və Bakı-Novorossiysk boru xətti ilə Novorossiysk limanına çatdırılaraq nəql edilir.

Xəbər lenti

Xəbər lenti