Azərbaycan, Bakı, 30 may / Trend , müxbir E. İsmayılıov /
Növbəti ilin sonuna kimi "Azərenerji" SC Azərbaycanın Şirvan şəhərində "Cənub" (780 meqavatt gücündə) yeni elektrik stansiyasını istismara vermək niyyətindədir, deyə "Azərenerji"nin vitse-prezidenti Marlen Əsgərov bildirib. Bu stansiyanın tikintisi SC mütəxəssisləri tərəfindən həyata keçiriləcək.
Tikiləcək elektrik stansiyada istehsal olunacaq elektrik enerjisinin ötürülməsi üçün 28 transformator quraşdırılacaq. Yeni texnologiyaların tətbiqi nəticəsində stansiya mazut və qazla işləyəcək.
Bu elektrik stansiyanın tikintisi Abşeron yarmadasının və Azərbaycanın cənub regionunun enerji təhlükəsizliyini artırmağa şərait yaradacaq. Bu, həmçinin enerjiötürücü və enerjipaylayıcı sistemlərin təkmilləşdirilməsinə imkan yaradacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]