...

SOCAR 2009-cu ildə Azərbaycanda neft hasilatı proqnozunu elan edib

Energetika Materials 2 İyun 2009 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend /

2009-cu ildə Azərbaycanda neft hasilatı həcminin 45,2 milyon ton olacağı proqnozlaşdırılır. Onun 8,5 milyon tonu SOCAR-ın payına düşür. Bu barədə rəsmi mətbuata müsahibəsində SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə əsasən, ötən ildə ölkədəki neft hasilatı 2003-cü illə müqayisədə 2,9 dəfə artıb. Bu isə 44,5 milyon ton həcmində neft deməkdir. Bu həcmdən 8,6 milyon ton neft SOCAR idarələri və müəssisələri tərəfindən hasil edilib.

Yanvar-aprel aylarında SOCAR 2,8 milyon ton neft hasil edib ki, bunun da 836 min tonu Bakı-Novorossiysk boru kəməri ilə ixrac edilib, 1,9 milyon ton isə neft emalı müəssisələrinə verilib.  

Verilmiş məlumatlara əsasən, may ayının əvvələrində Bakı-Tbilisi-Ceyhan ixrac kəmərinə 11,16 milyon ton neft doldurulub. Boru kəmərinin istismara verilməsi tarixindən etibarən 81,5 milyon ton neft nəql edilib ki, bunun da 79,3 milyon tonu dünya bazarına çıxarılıb.

Abdullayevin sözlərinə görə, ölkə başçısı İlham Əliyev  "Neft daşlarında" neft hasilatının 1,5 dəfə - ildə 812 min tondan 1,2 milyon tona kimi artırılması barədə sərəncam verib və bununla bağlı 2009-cu ildə yataqda 21 neft quyusunun qazılması nəzərdə tutulub ki, bunun da nəticəsində neft hasilatı 1,02 milyon ton artacaq.

Xəbər lenti

Xəbər lenti