...

2011-ci ildə Azərbaycanda neft hasilatı xeyli artacaq

Energetika Materials 5 İyun 2009 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir E.İsmayılov /

"2011-2015-ci illərdə Azərbaycanda neft hasilatı ildə 60 milyon ton səviyyəsində olacaq. 2009-cu ildə bu rəqəm 50 milyon ton təşkil edəcək", - SOCAR-ın rəsmi məlumatında deyilir.

2011-2015-ci illərdə ölkədə hasil ediləcək neftin 51,6 milyon tonu SOCAR-la birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarını işlədən xarici şirkətlərin konsorsiumunun payına düşəcək. Bu müddətdə SOCAR özünün müstəqil şəkildə işlətdiyi yataqlardan ildə 8,4 milyon ton neft tədarük edəcək.

Proqnozlara əsasən, 2010-cu ildə ölkədə hasil ediləcək neftin ümumi həcmi 55 milyon ton olacaq. Onun 46,6 milyon tonu xarici şirkətlərin konsorsiumunun, qalan 8,4 milyon ton SOCAR-ın payına düşəcək.

Bu il xarici şirkətlərin konsorsiumu 41,5 milyon ton, SOCAR isə 8,5 milyon ton neft hasil edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti