...

Novorossiysk limanı neft yüklərinin uçotunun yeni sistemini tətbiq edəcək

Energetika Materials 20 İyun 2009 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun / Trend müxbir E.İsmayılov/

"Novorossiysk dəniz ticarət limanı" (NDTL) ASC "Şesxaris" neftdaşıma terminalının yenidənqurması layihəsi çərçivəsində, iyunda neft və neft məhsullarının idarə edilməsi və uçotu üzrə yeni sistemi istifadəyə verir", - limanın rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Sistem neft və neft məhsullarının yüklənməsinə nəzarəti ən müasir texnologiyalar vasitəsilə həyata keçirmək imkanı verir və ekoloji və yanğın təhlükəsizliyinin ən yüksək səviyyəsini təmin edir.

Ekoloji və sənaye təhlükəsizliyi tələblərinə riayət edilməsinə nəzarəti, artıq bu ay NDTL-in neft boşaldılması üzrə sahil qurğularında bu tələblərin yerinə yetirilməsini yoxlamadan keçirmiş Rusiyanın ekoloji, texnoloji və atom nəzarəti üzrə Federal xidməti həyata keçirir.

"Şesxaris" neftdaşıma terminalının yenidənqurmasının başa çatdırılması 2012-ci ilə planlaşdırılıb. Layihə hazırkı qurğu və avadanlıqların limanın sənaye, ekoloji və yanğın təhlükəsizliyinin artırılması məqsədilə genişmiqyaslı yenidənqurmasını nəzərdə tutur.

"NDTL" qrupu aşağıdakı stividor şirkətlərini özündə birləşdirir: "Novorossiysk dəniz ticarət limanı" ASC, "Novorossiysk taxıl terminalı" ASC, "Novorossiysk gəmi təmiri zavodu" ASC, "NDTL donanması", "Novorosleeksport", "İPP" ASC və "Baltik stividor şirkəti" MMC.

Bu ilin yanvar-mayında Rusiyanın Novorossiysk Qara dəniz limanı 18,5 milyon ton neft boşaldıb. Ötən ilin analoji dövründə bu rəqəm 17,6 milyon ton olub.

Bu dövrdə "Novorossiysk dəniz ticarət limanı" ASC 5,4 milyon ton neft məhsulu boşaldıb. Bir il əvvəl bu rəqəm 4,4 milyon ton olub.

ARDNŞ Novorossiysk limanı vasitəsilə öz neftinin yüklənib-boşaldılmasını həyata keçirir. ARDNŞ Bakı-Novorossiysk kəməri ilə bu il bir milyon tondan çox neft nəql edib. Ötən ilin analoji dövründə bu rəqəm 568 min ton olub. Bu ilin mayında 224 min tondan çox Azərbaycan nefti nəql edib.

Xəbər lenti

Xəbər lenti