...

ARDNŞ Xəzərin perspektivli strukturunda işlər aparır

Energetika Materials 23 İyun 2009 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir E.İsmayılov /

"Xəzərin Azərbaycan sektorunun eyniadlı perspektivli qaz strukturunda quraşdırılmış "Ümid-1" platformasında lazımi avadanlığın montajının gecikdirilməsi dənizdə qeyri-sabit hava şəraiti ilə bağlıdır", - çərşənbə axşamı ARDNŞ-dən işlərə yaxın mənbə məlumat verib. Platforma strukturda qazıma işi üçün quraşdırılıb.

"Hazırda lazımi avadanlığın quraşdırılması üzrə işlər aparılır, gecikmə isə normal iş rejiminin həyata keçirilməsinə mane olan küləkli dəniz havası ilə bağlıdır", - mənbə bildirib.

Onun sözlərinə görə, platformadakı işlərin başa çatdırılması hətta bir ay belə uzana bilər, amma birinci kəşfiyyat quyusunun qazılmasına iyulun əvvəlində başlanılması da mümkündür.

Strukturdakı kəşfiyyat quyusunun qazma işini ARDNŞ-in tərkibinə daxil olan "Bayıl limanı" dəniz kəşfiyyat-qazıma idarəsi aparacaq.

Bir müddət əvvəl ARDNŞ "Ümid-1" platformasının tikintisini başa çatdırıb.

Bu strukturdakı birinci quyunun dərinliyi 6,5 min metr olacaq. Onun dörd min metrinin bu il qazılması gözlənilir. Qazmanın gələn il başa çatdırılacağı gözlənilir.

Tikintisi başa çatdırılmamış "Çıraq-6" platformasının bazasında yerləşən "Ümid-1" platforması ARDNŞ-in qaz proqramı çərçivəsində ən böyük obyektdir. Onun hündürlüyü 72 metr olacaq. Platforma "Bulla-dəniz" yatağının 15 kilometr yaxınlığında, 58 metr dərinlikdə yerləşəcək. Platformadan altı quyu qazılması planlaşdırılır.

"Ümid"in gözlənilən qaz ehtiyatları 300 milyard kubmetr, qaz kondensatı isə 30-40 milyon tondur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti