...

Azərbaycan neftinin iyulun 1-nə olan qiymətləri artıb

Energetika Materials 2 İyul 2009 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir E.İsmayılov /
 
İyulun 1-nə CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $69,94/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən SOCAR-dan (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə axşamı verilən məlumata görə, bazar ertəsi neftin qiyməti cümə gününə nisbətən $0,71/barel artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan "Bakı-Tbilisi-Ceyhan" (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryol ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

SOCAR-dan bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 1-də $69,14/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,96/barel çoxdur.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal "Bakı-Novorossiysk" boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.
 
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun1-də $69,14/barel təşkil edib. Bu, əvvəlki qiymətdən $0,68/barel çoxdur.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti iyulun 1-də $68,78/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,72/barel çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti