...

Çin İranda yeddi neft-qaz emalı zavodu tikəcək

Energetika Materials 7 İyul 2009 18:59 (UTC +04:00)

İran Çinlə birlikdə yeddi neft-qaz emalı zavodu tikmək niyyətindədir. Bu barədə İranın neft nazirinin ictimaiyyətlə əlaqələr üzrə müavini Hüseyn Şirazi məlumat verib.

"Bu müəssisələrin tikintisi Çinlə İran arasındakı münasibətlərin yaxşılaşdırılmasına töhfə verəcək", - o deyib. Bu barədə Mehr informasiya agentliyi məlumat yayıb.

Şirazinin sözlərinə görə, İranla Çin arasında neft-qaz sahəsində əməkdaşlıq potensialı 100 ildir mövcuddur.

"Çin şirkətləri artıq üç ildir ki, həm quruda, həm də dənizdə İranın neft-qaz sahəsində fəaliyyət göstərirlər", - o deyib.

Xəbər lenti

Xəbər lenti