...

Azərbaycanda 70 min tona yaxın maye qaz istehsal olunub

Energetika Materials 9 İyul 2009 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend /

İlin birinci yarısında ARDNŞ-nin "Heydər Əliyev adına" Bakı NEZ-də 68,66 min ton maye qaz istehsal olunub. Ötən ilin analoji dövründə bu rəqəm 86 min tona yaxın olub.

İyunda NEZ-də 13,18 min ton maye qaz istehsal olunub.

2008-ci ildə ARDNŞ 181,13 min ton, 2007-ci ildə isə 145,03 min ton maye qaz istehsal edib. İstehsal olunan maye qazın bütün həcmini butan-butilen fraksiyası təşkil edib.

2006-cı ildə butan-butilen fraksiyasının istehsal həcmi 148,22 min ton, 2005-ci ildə 129,62 min ton olub.

2008-ci ildə, 2007 və 2006-cı illərdə olduğu kimi propilen fraksiyası istehsal edilməyib. 2005-ci ildə propan-propilenin istehsal həcmi 3,02 min ton olub.

Xəbər lenti

Xəbər lenti