...

Gürcüstan Prezidenti "Nabukko"nun tikintisi üzrə hökumətlərarası müqavilənin imzalanma mərasimində iştirak edəcək

Energetika Materials 10 İyul 2009 18:44 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 iyul / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstan Prezidenti Mixail Saakaşvili iyulun 13-də Ankarada "Nabukko"nun tikintisi üzrə hökumətlərarası müqavilənin imzalanma mərasimində iştirak edəcək. Trend -a Gürcüstanın Prezident Administrasiyasından verilən məlumata görə, Saakaşvili Türkiyə paytaxtına bazar günü axşam yollanacaq.

Bazar ertəsi Türkiyə, Avstriya, Bolqarıstan, Macarıstan və Rumıniya sənədə imza atacaq. Bu barədə Avropa Komissiyasının nümayəndəsi məlumat verib.

Gürcüstan sənədi imzalamayacaq, çünki sənədi boru kəmərinin tikintisini maliyyələşdirən ölkələr tərtib edir. Gürcüstan isə tranzit ölkədir və müvafiq müqaviləni Budapeştdə imzalayıb.

Layihə Rusiyadan yan keçərək Avropa ölkələrinə Gürcüstan, Azərbaycan, Bolqarıstan kimi ölkələrdən qaz nəqlini nəzərdə tutur. "Nabukko" üçün enerji daşıyıcılarının potensial mənbələri arasında Türkmənistan, Özbəkistan, İran və İraq göstərilir.

Əldə olunan məlumatlara görə, müqavilənin uzun müddət ərzində hazırlanmasına səbəb bir çox sərt şərtlər irəli sürən Ankara ilə kompromis axtarışı olub: "Nabukko" üzrə nəql ediləcək qazın 15 faizi daxili istehlak və ya yenidən ixrac üçün Türkiyədə qalmalıdır.

3,3 min kilometr uzunluğu olan kəmərin illik gücü 30 milyard kubmetr qazdır.

Aİ-nin Türkiyənin bu tələbi ilə razılaşıb-razılaşmayacağı dəqiq deyil. Bu məsələnin hələ müzakirə olunduğu bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti