...

Azərbaycan Dövlət Neft Fondu xaricdə təhsil alan tələbələrin sayını artıracaq

Energetika Materials 25 İyul 2009 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul / Trend , müxbir E.İsmayılov /

Azərbaycan Dövlət Neft Fondu (ADNF) azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı çərçivəsində ölkə hüdudlarından kənarda təhsil alan tələbələrin sayını artırmağı planlaşdırır, bu barədə ADNF-nin icraçı direktoru Şahmar Mövsümov bildirib.

"Hazırda xaricdə təhsil proqramı çərçivəsində 200 nəfər təhsil alır. Yaxın zamanlarda onların sayı artacaq", - deyə Mövsümov bildirib.

Bu proqram çərçivəsində tələbələr Almaniya, Fransa, İngiltərə, Rusiya, Türkiyə, ABŞ və digər ölkələrdə informasiya-kommunikasiya texnologiyaları, iqtisadiyyat, hüquq, tibb, beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və s. sahələr üzrə təhsil alırlar.

2009-cu ilin birinci yarımilində ADNF-dən bu məqsəd üçün 1,3 milyon manat ayrılıb. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti