...

ARDNŞ Xəzərdəki perspektivli strukturda seysmik tədqiqata hazırlaşır

Energetika Materials 1 Avqust 2009 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 avqust / Trend , müxbir E.İsmayılov /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) gələn həftə Xəzərin Azərbaycan sektorundakı "Bahar-2" qaz-kondensat strukturunda üçölçülü seysmik tədqiqata (3D seysmik) başlamağı planlaşdırır. Bu barədə şənbə günü ARDNŞ-dəki vəziyyətlə tanış mənbə deyib.

"Hamı hazırlıq mərhələsindədir və artıq gələn həftə işin başlamasını gözləyir", - mənbə deyib.

Strukturda işin başlayandan sonra 2-3 ay ərzində tamamlanması planlaşdırılır. "Bu müddətdə seysmik tədqiqat başa çatmalıdır. Çünki sonra dənizdə hava şəraiti buna imkan verməyəcək", - bir müddət əvvəl mənbə deyib. Bu sturkturda ehtiyatın həcmi və hansı növ işin tətbiq edilməsi barədə nəsə söyləmək üçün strukturu tədqiq etmək, alınmış məlumatların analizini aparmaq və nəticələri izah etmək lazımdır.

Ölkədə qaz hasilatının həcmini artırmaq üçün ARDNŞ perspektivli dəniz strukturunda, xüsusilə də "Bahar-2"-də tədqiqat aparacaq.

Ehtiyatı xeyli işlənilmiş "Bahar-1" unikal yataqdır. Keçən əsrin 80-ci illərində yataqdan 16-17 milyon kubmetr təbii qaz çıxarılırdı ki, bu da ölkənin qazc olan tələbatının 30-40 faizini ödəyirdi. "Bahar" yatağının işlənməsi ilə ARDNŞ müstəqil şəkildə məşğul olur.

ARDNŞ bu yataqda yeni yeraltı qaz anbarının yaradılmasını da nəzərdən keçirir.

Azərbaycanda qaz hasilatı ilə ARDNŞ məşğul olur. Şirkət şəxsi vəsaiti hesabına yataqlarda yanacaq istehsal edir. ARDNŞ-nin qaz hasilatının böyük hissəsi Azərbaycanın daxili bazarında tələbatı ödəməyə yönləndirilir, eləcə də qazın bir hissəsi Gürcüstana ixrac olunur.

Qaz həmçinin BP-nin operatorluğu ilə ARDNŞ-nin də iştirakı olmaqla əcnəbi tərəfdaşlar tərəfindən "Şahdəniz" yatağında hasil olunur. Qaz Azərbaycan bazarına, eyni zamanda Cənubi Qafqaz qaz kəməri ilə Gürcüstan və Türkiyəyə tədarük olunur. Azərbaycan eyni zamanda ölkənin beynəlxalq əməliyyat şirkətinin "Azəri-Çıraq-Günəşli" yatağının blokunda hasil olunan səmt qazını alır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti