Azərbaycan, Bakı, 08 avqust / Trend /
Yanvar-iyul aylarında ARDNŞ-in tərkibinə daxil olan Bakının "Heydər Əliyev adına" Neft Emalı zavodu tərəfindən 37,87 min ton neft koksu istehsal olunub. 2008-ci ilin analoji dövründə bu göstərici 105 min ton təşkil edib, ARDNŞ-dən bildirilib.
ARDNŞ iyul ayında 12,26 min ton neft koksu istehsal edib.
2008-ci ildə Bakı Neft Emalı Zavodu tərəfindən 168,93 min ton koks istehsal edilib. 2007-ci ildə bu göstərici 84,74 min ton təşkil edib.
2006-ci ildə 67,24 min ton koks istehsal olunub. 2005-ci ildə müəssisədə neft koksu istehsal olunmayıb. Azərbaycanda istehsal olunan neft koksunun əsas istehlakçıları Rusiyanın alüminium zavodlarıdır.