Azərbaycan, Bakı, 12 avqust / Trend /
ARDNŞ "Neft Daşları
Yeni quyunun sutkalıq debiti 34 ton neft təşkil edir, dərinliyi 2440 metrə bərabərdir.
Bu il ARDNŞ daha altı quyu istismara verməyi planlaşdırır. Yeni quyuların istisamara verilməsi platformada neftin sutkalıq hasilatını əvvəlki 480 tondan 570 tona kimi artırmağa imkan verəcək.
"Neft Daşları-
"Neft Daşları" yatağı Azərbaycanda dənizdə neft hasil edilən ilk yataqdır. Bu il yataqda ümumilikdə 21 quyunun qazılması planlaşdırılır.
Yeni quyuların qazılması Azərbaycan Prezidentinin "Neft Daşları" Neft-Qaz Hasilatı İdarəsi tərəfindən hasilatın 812 min tondan 1,2 milyon tona (1,5 dəfə) qədər artırılması haqqında sərəncamı çərçivəsində həyata keçirilir. ARDNŞ geoloqlarının qiymətləndirməsinə əsasən, "Neft Daşları" yatağında qalıq neft həcmi 30 milyon ton təşkil edir. Neft hasilatının artırılması üçün ARDNŞ 2010-cu ilə kimi yataqda 78 yeni quyu qazacaq.