Azərbaycan, Bakı, 15 avqust / Trend /
Yanvar-iyul aylarında yanacaq qismində istifadə edilməsi üçün "Azərenerji" SC-yə (Azərbaycanda böyük elektrik enerjisi istehlakçısı) təxminən 2,8 milyard kubmetr qaz verilib. Bu göstərici ötən ilin analoji dövründə 2,7 milyard kubmetr təşkil edib. Bu barədə "Azərnerji" SC-yə qaz tədarükünü həyata keçirən ARDNŞ-nin məlumatında deyilir.
İyulda "Azərenerji" SC-yə 334,2 milyon kubmetr qaz verilib.
2008-ci ildə "Azərenerji"yə təxminən beş milyard kubmetr qaz verilib. 2007-ci ildə bu göstərici 3,4 milyard təşkil edib.
2007-ci ilin aprel ayından qaz idarələri arasında qaz əməliyyatları üzrə qarşılıqlı hesab sxemi dəyişdirilib. Neft Şirkəti qazı "Azərenerji"yə birbaşa satır. ARDNŞ əvvəl bu əməliyyatı "Azəriqaz" İB (Azərbaycanda qazın satışı və paylanması) vasitəsilə həyata keçirib.
Öz növbəsində yanacaq alınmasına görə ARDNŞ-yə borcu olan "Azəriqaz" tərəfindən tədarük edilən qaz üzrə"Azərienerji"nin ödənişi aşağı olub. Hazırda "Azeriqaz" yalnız elektrik stansiyasına qaz nəql edir.