...

ARDNŞ aviasiya kerosini ixracını artırıb

Energetika Materials 4 Sentyabr 2009 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend /

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (MİƏİ) tərəfindən yanvar-avqust aylarında Neft Emalı zavodlarından təxminən 1,4 milyon ton neft məhsulu ixrac edilib, 2008-ci ilin analoji dövründə bu göstərici 1,5 milyon ton təşkil edib. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Avqustda MİƏİ tərəfindən təxminən 167,4 min ton neft məhsulu ixrac edilib.

Azərbaycanda neft məhsulları Bakının iki NEZ bazasında istehsal edilir, onların ümumi gücü ildə 20 milyon ton neft təşkil edir. Hər iki NEZ hər il quru və dəniz yataqlarında öz vəsaiti hesabına təxminən yeddi milyon ton neft emal edən ARDNŞ-nin tərkibinə daxildir.

Neft məhsulu

Yanvar-avqust 2008 (ton)

Yanvar-avqust 2009 (ton)

Dizel yanacağı

784,459

980,356

Avtomobil benzini

244,519

166,233

Aviasiya kerosini

156,587

232,375

Xəbər lenti

Xəbər lenti