...

Azərbaycan Prezidenti neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün Komissiyanın tərkibinin təsdiq etdi

Energetika Materials 24 Sentyabr 2009 00:21 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün aşağıdakı tərkibdə Komissiya təsdiq etdi:
Azərbaycan Prezidenti neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün Komissiyanın tərkibinin təsdiq etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün aşağıdakı tərkibdə Komissiya təsdiq etdi:

Komissiyanın sədri:

Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri:

Şahin Mustafayev -Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Samir Şərifov -Azərbaycan Respublikasının maliyyə naziri
Natiq Əliyev -Azərbaycan Respublikasının sənaye və energetika naziri
Hüseynqulu Bağırov -Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Kərəm Həsənov -Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri
Mahmud Kərimov -Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Rövnəq Abdullayev -Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti
Məcid Kərimov -Azərbaycan Respublikasının "Azərikimya" Dövlət Şirkətinin prezidenti
Rasim Dadaşov -Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının neft və kimya şöbəsinin müdiri

Komissiya üç ay müddətində təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi çərşənbə günü yayıb.

Xəbər lenti

Xəbər lenti