...

Yanvar ayından etibarən Azərbaycan Rusiyaya sutkada 1,5 milyon kubmetr qaz ixrac edəcək

Energetika Materials 1 Oktyabr 2009 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr / Trend , müxbir Ü.İsmayılova, E.İsmayılov/

2010-cu il yanvar ayının 1-dən etibarən ARDNŞ 1,5 milyon kubmetr həcmində qazın Rusiyaya ixracına başlayacaq, ARDNŞ-ın "Azəriqaz" İstehsalat Birliyi rəhbərinin müavini Nazim Səmədzadə cümə axşamı deyib.

"Yanvarın 1-dən biz, sutkada 1,5 milyon kubmetr Azərbaycan qazının Rusiyaya nəqlinə başlamaq niyyətindəyik. Hazırda bununla bağlı hazırlıq işləri aparılır", - Səmədzadə deyib.

İyun ayında Bakıda ARDNŞ və "Qazprom" şirkəti arasında imzalanan razılaşma ildə 5 milyon kubmetr qazın ixracının mümkünlüyü ilə beş il müddətinə hesablanıb.

"Bu müqavilə bizim üçün gəlirlidir. Bu müqaviləni imzalamaqla biz artıq qazı ixrac etmək imkanı əldə etmişik", - ARDNŞ-ın başçısı Rövnəq Abdullayev əvvəllər deyib.

İlin sonunadək Azərbaycan və Rusiyanı birləşdirən Qazıməhəmməd-Mozdok qaz kəmərində onun revers rejimdə işləməsi üçün texniki işlər aparılacaq. Kəmərin gücü ildə beş milyard kubmetr qaz təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti