...

Qazaxıstanın "QazMunayQaz" şirkəti Türkiyənin Ceyhan limanında NEZ tikmək planını dayandırıb

Energetika Materials 30 Oktyabr 2009 12:10 (UTC +04:00)

Qazaxıstan, Astana, 30 oktyabr / Trend , K.Konırova/

"QazMunayQaz" (QMQ) şirkəti özünün neftin yenidən emalı strategiyasının dəyişilməsi səbəbindən Türkiyənin Ceyhan limanında NEZ tikmək planını dayandırıb. Bu haqda şirkətin neftin yenidən emalı və marketinqi üzrə icaraçı direktoru Daniyar Teisov Trend -a verdiyi eksklüziv müsahibəsində deyib.

"Bəli, Rusiya şirkəti türk şirkətləri ilə birlikdə Türkiyənin Ceyhan limanında zavod tikmək niyyətində olduğunu bildirmişdi. Biz (QMQ) neftin yenidən emalı strategiyamızı dəyişdiyimiz üçün NEZ tikmək planını davam etdirmədik", - Teisov deyib.

Cari ilin may ayında Qazaxıstan hökuməti "2009-2015-ci illərdə Qazaxstan Respublikasının neft emalı zavodlarının inkişafının kompleks planı"nı təsdiq edib.

İcraçı direktorun dediyinə görə, "dünya bazarlarına yeni layihələrlə çıxmazdan əvvəl, daxili bazardakı neft emalında səliqə yaratmaq lazımdır".

"Tikinti planının dayandırılmasının bir səbəbi də qiymət amili olub. Bu layihənin həyata keçirilməsi üçün böyük miqdarda investisiya tələb olunurdu. Söhbət milyardlarla dollardan gedirdi", - Teisov qeyd edib.

Onun sözlərinə görə, bu gün şirkət "məhdud maliyyə resurslarına malik olduğu üçün ambisiyalı layihələrlə xarici bazara çıxa bilməz".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti