...

Azərbaycan paytaxtında qaz istehlakı xeyli artıb

Energetika Materials 2 Noyabr 2009 19:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 noyabr / Trend , müxbir E.İsmayılov/

Hazırda "Azəriqaz" İB yanında "Bakqaz" İdarəsinin şəhərin qaz sisteminə orta sutkalıq qaz verilişi 5,2 milyon kubmetr təşkil edir. Oktyabrın əvvəlində bu göstərici 3,9 milyon kubmetr təşkil edib. Bu barədə bazar ertəsi idarədəki mənbədən deyilib.

"Havaların soyuması ilə əlaqədar olaraq qaz istehlakı xeyli artıb, hazırda 5,2 milyon kubmetrə yaxındır", - mənbə deyib.

Mənbədən daha əvvəl verilən məlumata görə, yanvar-sentyabr aylarında Bakının qaz sisteminə 1,8 milyard kubmetrdən artıq qaz verilib. Sentyabrda paytaxtın qaz sisteminə 108 milyon kubmetr qaz verilib. Avqustda bu göstərici 104 milyon kubmetr qaz olub. İyulda qaz sisteminə 109 milyon kubmetrə yaxın qaz tədarük edilib. İyunda bu göstərici 114 milyon kubmetr qaz təşkil edib. Mayda isə sistemə 141 milyon kubmetr qaz verilib.

Keçən il İB Bakının qaz sisteminə ümumilikdə 2,45 milyard kubmetrə yaxın qaz verib.

2008-ci ildə "Bakqaz" ölkənin qaz sisteminə qazın verilişinin mövsümi rejimindən tamamilə imtina edib. Bundan sonra verilən qazın həcmi istehlakçının tələbinə uyğun olaraq müəyyənləşdirilir. Əvvəllər yay mövsümündə qazın sutkalıq verilişi 3-4 milyon kubmetr, qışda isə 10-13 milyon kubmetr təşkil edirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti