Azərbaycan, Bakı, 12 noyabr / Trend /
Azərbaycanda Sumqayıt regional enerjipaylayıcı şəbəkə, Xaçmaz regional enerjipaylayıcı şəbəkə Məhdud Məsuliyyətli Cəmiyyət qeydiyyatdan keçib, bu barədə Azərbaycan Vergilər Nazirliyinin internet saytının "vahid pəncərə" bölməsində bildirilib.
Yeni MMC-lərin təsisçiləri "Azərenerji" SC-dir (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması üzrə).
Sumqayıt regional enerjipaylayıcı şəbəkə müəssisəsinin nizamnamə kapitalı 3,01 milyon manat, Xaçmaz regional enerjipaylayıcı şəbəkə müəssisəsinin nizamnamə kapitalı isə 1,01 milyon manat təşkil edir.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, oktyabrda Sumqayıt və Şəki paylayıcı şəbəkələri "Azərenerji" SC-nin balansına verilib.