...

Azərbaycan qazının tranziti məsələsi tezliklə həll olunacaq – Türkiyə XİN-in rəhbəri

Energetika Materials 8 Dekabr 2009 14:23 (UTC +04:00)
Azərbaycan qazının Türkiyə ərazisindən Avropaya tranziti məsələsi tezliklə həll olunacaq, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Trend-ə müsahibəsində deyib.
Azərbaycan qazının tranziti məsələsi tezliklə həll olunacaq – Türkiyə XİN-in rəhbəri

ABŞ, Vaşinqton, 8 dekabr / Trend /

Azərbaycan qazının Türkiyə ərazisindən Avropaya tranziti məsələsi tezliklə həll olunacaq, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Trend-ə müsahibəsində deyib.

"Mən düşünürəm ki, bizim ölkələr arasında tranzit qiymətləri ilə bağlı problemlər həll olunandır. Biz onu tezliklə həll edəcəyik. Hazırda bizim nümayəndə heyətimiz bu mövzunu Azərbaycanla müzakirə edir. Türkiyə və Azərbaycan regionda olan məsələlər üzrə vahid mövqedən çıxış edir. Nabukko - bu kimi məsələlərdəndir", - Davudoğlu deyib.

Bu gün Azərbaycan və Türkiyə "Nabukko" boru kəmərinin də daxil olduğu Cənub dəhlizi ilə Azərbaycan qazının Avropaya ixracı üçün tranzit müqviləsinin bağlanması üzrə danışıqlar aparırlar. Həmçinin Azərbaycan qazının nəql edilməsində ITGI və Transadriatik qaz kəməri kimi boru kəməri layihələri də maraqlıdır.

Bundan əlavə, tərəflər Azərbaycan qazının Türkiyə üçün dəyərini müzakirə edirlər. Hazırda Azərbaycan qazı Türkiyəyə 1000 kub/metri 120 dollar dəyərində tədarük edilir. Bununla bərabər Türkiyənin daxili bazarında istehlakçılar üçün qazın dəyəri bu göstəricini xeyli dərəcədə ötür.

Türkiyə ilə bağlanmış müqvilədə göstərildiyi kimi, "Şah Dəniz" qazının dəyərinə tədarükün başlanmasından 1 il sonra baxıla bilər, yəni yeni qiymət 2008-ci il aprelin 5-dən tətbiq olunacaq.

Müqaviləyə əsasən, layihənin ilkin işlənmə mərhələsi çərçivəsində Türkiyə "Şah Dəniz" yatağından 6,6 milyard kubmetr qaz almalıdır. Bu yatağın işlənməsinin ikinci mərhələsində hər il 20 milyard kub metrqazın əlavə olunması planlaşdırılır.

"Şah Dəniz"də ehtiyatlar 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Şah Dəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5 %, Statoil - 25,5 %, NICO - 10%, Total- 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Xəbər lenti

Xəbər lenti