...

ARDNŞ 2010-cu ildə Azərbaycan neftinin emalı proqnozlarını verib

Energetika Materials 12 Dekabr 2009 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir E.İsmayılov/

2010-cu ildə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) özünün iki Neft Emalı Zavodunda 6,6 milyon ton neft emal etməyi planlaşdırır. Bu barədə şənbə günü ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

"NEZ-də aparılan işlər nəticəsində emalın dərinliyi 90%-ə çatdırılıb. Gələn il üçün bu göstəricinin 92-93% təşkil edəcəyi gözlənilir. Bütünlüklə, gələn ildə şirkət 6,6 milyon ton neft emal etmək planlaşdırır", - Abdullayev deyib.

ARDNŞ 2009-cu ilin yanvar-noyabr aylarında ötən ilin analoji dövründəki 6,7 miyon tona nisbətdə 5,5 milyon ton neft istehsal edib.

Azərbaycanın neft məhsulları ilə ümümi gücü ildə 20 milyon ton olan iki Bakı NEZ-in bazasında istehsal olunur. Hər iki NEZ öz vəsaitləri hesabına quru və dəniz yataqlarında neft hasil edən ARDNŞ-nin tərkibinə daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti