...

2010-cu ildə Azərbaycanda neft-qaz hasilatı artacaq

Energetika Materials 9 Yanvar 2010 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 yanvar / Trend , müxbir E.İsmayılova/

2010-cu ildə Azərbaycanda neft hasilatının həcmi, 2009-cu ildəki 51 milyon ton neftə nisbətdə 52 milyon ton neft səviyyəsində proqnozlaşdırılır. Bu barədə neft-qaz sahəsinin mənbəsindən deyilib.

"Bu il hasilatın həcmi ötən ildəkindən yüksək olacaq və 52,45 milyon ton səviyyəsində proqnozlaşdırılır", - mənbə deyib.

Azərbaycanda neft hasilatının böyük hissəsi Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" neft-qaz dəniz yatağı blokunun payına düşür. Blok öz xarici tərəgfdaşları ilə birgə ARDNŞ-ın tərkibinə daxil olan Azərbaycanın beynəlxalq əməliyyat şirkətini hazırlayır. Azəri-Çıraq-Günəşli yatağı blokunun hazırlanma layihəsi üzrə tərəfdaşları: BP (operator - 34,1%), ChevronTexaco (10, 2%), ARDNŞ (10%), İNPEX (10%), Statoil (8,6%), ExxonMobil (8 %), TRAO (6,8 %), Devon (5,6 %), ITOCHU (3,9 %), Hess (2,7%).

Həmçinin ARDNŞ öz vəsaitləri hesabına Azərbaycanda quruda və suda digər yataqlar hazırlayır.

Azərbaycanda qaz hasilatına gəlincə mənbə qeyd edib ki, ölkədə 2010-cu ildə, 2009-cu ildə hasil edilmiş 25 milyrd kub metr qaza nisbətdə 28,5 milyard kub metr qaz hasil ediləcək.

Bu il hasil edilməsi planlaşdıran qazın ümumi həcminə "Şahdəniz" qaz-kondensat dəniz yatağının qazı da daxildir.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzlanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) - 25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faiz. Bu yataqda ümumi qaz ehtiyatı 1,2 trln. kubmetr həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti