...

ABŞ Xəzərdə neft hasilatının xeyli artacağını proqnozlaşdırır

Energetika Materials 16 Yanvar 2010 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar/ Trend , müxbir A.Bədəlova/

ABŞ-ın Dövlət Enenrji İnformasiyaları İdarəsi (EİA) 2030-cu ilə Xəzər regionunda ənənəvi üsulla neft hasilatının xeyli artacağını proqnozlaşdırır.

EİA-nın beynəlxalq enerji icmalına əsasən, Xəzər regionunda neft hasilatı sutkada 4,6 milyon barelə çatacaq. 2006-cı ildə bu göstərici sutkada 2,3 milyon barel təşkil edib.

EİA-nın proqnozlarına əsasən, OPEK-ə daxil olmayan ölkələrin hasilatının ümumi həcmi 2030-cu ildə sutkada 63 milyon barel təşkil edəcək. 2006-cı ildə bu göstərici sutkada 50 milyon barel təşkil edib. Ümumi həcmdən 51 milyon bareli ənənəvi yolla hasilatın payına düşəcək. EİA-nın proqnozlarına görə, hasilat əsasən Braziliya, Rusiya, Qazaxıstan və ABŞ hesabına artacaq.

EİA-nın proqnozlarına əsasən, yeni neft layihələri üçün potensial çatışmazlığı, eləcə də mövcud yataqlardan neft hasilatının azalması investisiyaların kiçik yataqların inkişafına yönəldilməsinə gətirib çıxaracaq. Beləliklə, istehsalçılar artıq istismarda olan yataqların işlənməsinə daha çox səy göstərəcəklər.

EİA-nın proqnozların əsasən, hasilatın güclü azalması Şimal dənizində və Meksikada müşahidə ediləcək. Proqnozlara əsasən, Meksikada hasilat 2020-ci ildə sutkada 1,9 milyon barelə düşəcək. Bundan sonra isə, 2030-cu ildə sutkada 2,3 milyon barelədək artacaq ki, bu da 2009-cı ildəki hasilat həcmindən 1,4 barel az olacaq.

OPEK-ə daxil olan ölkələrin maye karbohidrogen hasilatı, EİA-nın proqnozlarına əsasən, hər il orta hesabla 1% artaraq 2030-cu ildə sutkada 43,8 milyon barel təşkil edəcək. Bu həcmdən 29,5 milyon barel Yaxın Şərqin payına düşəcək. EİA-nın proqnozlarına əsasən, Səudiyyə Ərəbistanı təşkilatın ən iri hasilat ölkəsi olaraq qalacaq. Proqnozlara əsasən, onun hasilatı 2030-cu ildə sutkada 12 milyon barelədək artacaq.

Xəbər lenti

Xəbər lenti