...

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyəti artır - nazir

Energetika Materials 2 Fevral 2010 12:10 (UTC +04:00)
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində Azərbaycan mühüm əhəmiyyət kəsb edir. Bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Rumıniyanın sənaye və iqtisadiyyat, ticarət və biznes mühiti nazirinin müavini Tüdor Şeban ilə görüşü zamanı deyib.
Avropanın enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyəti artır - nazir

Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir A.Bədəlova/

Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində Azərbaycan mühüm əhəmiyyət kəsb edir. Bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Rumıniyanın sənaye və iqtisadiyyat, ticarət və biznes mühiti nazirinin müavini Tüdor Şeban ilə görüşü zamanı deyib.

Nazirin dediyi kimi, bu il Azərbaycanda 52,5 milyon ton neft və 28,1 milyard kubmetr qaz hasil olunacaq.

"Hazırda Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə sutkada təxminən 900 min barel neft göndərilir", - nazir deyib.

Bu il yanvarın 13-də Gürcüstanda keçirilən energetika konfransı çərçivəsində Rumıniya tərəfi Azərbaycan-Gürcüstan-Rumıniya istiqaməti üzrə qaz nəqli marşrutlarının inkişafı üçün əməkdaşlıq haqqında üçtərəfli müqavilə imzalamağı təklif edib. Rumıniya hökuməti hesab edir ki, bu layihə yalnız Rumıniya üçün deyil, həmçinin Aİ ölkələrini qazla təmin etmək üçün böyük əhəmiyyət kəsb edir. Rumıniya Aİ-nin dəstəklədiyi bu layihənin maliyyələşdirilməsi məsələsində bir neçə alternativ təklifə malikdir.

Xəbər lenti

Xəbər lenti