...

Özbəkistanda elektrik enerjisinin hasilatı 2009-cu ildə 0,3% azalıb

Energetika Materials 5 Fevral 2010 11:44 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 5 fevral / Trend , müxbir D.Əzizov/

Özbəkistan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə 2008-ci ildəki 49,954 milyard kvt/s ilə müqayisədə 2009-cu ildə elektrik enejisinin hasilatı 0,3 faiz azalıb.

Özbəkistan elektrik stansiyası hesabat dövründə əhali və müəsisələrə 18,71 kilo kalori istilik enerjisi (6,8 faiz azalıb) verib.

Özbəkistanın elektrik hasilatının 98 faizindən çoxu Elektroenergetika və Elektrikləşdirmə Nazirliyinin bazasında olan "Özbəkenerji" elektrik stansiyasının tərkibinə daxil olan elektrik stansiyalarının üzərinə düşür.

"Özbek enerji" strukturunda yeddi istilik elektrik stansiyası, su elektrik enerjisi istehsal edən altı müəssisə və üç teplosentral var. Ölkənin elektrik stansiyalarının müəyyən edilmiş gücü 11,58 min MVt təşkil edir.

Özbəkistanda 2008-ci ildə elektrik enerjisinin istehsalı 2007-ci ildəki 50,1 milyard Kvt/s müqayisədə 2,3 faiz artıb.

Xəbər lenti

Xəbər lenti