...

Türkiyə idxal olunan qazın həcmini azaldıb

Energetika Materials 1 Mart 2010 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 mart / Trend , müxbir E.İsmayılov/

Yanvar ayında Türkiyənin Dövlət Boru Kəməri Şirkəti "Botaş" müxtəlif mənbələrdən Türkiyəyə üç milyard kubmetr qaz idxal edib. 2009-cu ilin yanvar ayında bu göstərici 3,2 milyard kubmetr təşkil edib. Bu barədə "Botaş" şirkətinin rəsmi internet saytında yerləşdirilmiş məlumatda deyilir.

2009-cu ildə ümumilikdə "Botaş" Türkiyəyə 33,6 milyard kubmetrdən çox qaz, 2008-ci ildə isə təxminən 37,8 milyard kub metr qaz idxal edib.

Yanvarda "Botaş" şirkətinin ixrac əməliyyatına 76 milyon kubmetr, ötən il isə 2008-ci ildəki 443 milyon kubmetr qaza nisbətdə 721 milyon kubmetr qaz düşüb. 2007-ci ildə bu göstərici 31 milyon kubmetr qaz təşkil edib.

Yanvarda Türkiyənin daxili bazarında 3,33 milyard kubmetr qaz həyata keçirilib. Ötən ilin yanvarında isə bu göstərici 3,5 milyard kubmetr qaz təşkil edib.

2009-cu ildə Türkiyənin daxili bazarında 2008-ci ildə satılmış 36 milyard kubmetr qaza nisbətdə 32 milyard kub metr qaz satılıb. 2007-ci ildə bu göstərici 35,1 milyard kubmetr təşkil edib.

Xəbər lenti

Xəbər lenti