...

Azərbaycan Mərkəzi Asiya karbohidrogenlərinin Avropaya nəqli üçün infrastruktur təqdim etməyə hazırdır - ARDNŞ prezidenti

Energetika Materials 3 Mart 2010 16:03 (UTC +04:00)
Mərkəzi Asiya karbohidrogenlərinin Avropaya nəqli üçün Azərbaycanda hər cür şərait var. Bunu çərşənbə günü Bakıda Böyük Britaniyanın energetika naziri Lord Hant ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayevlə görüşündə deyib.
Azərbaycan Mərkəzi Asiya karbohidrogenlərinin Avropaya nəqli üçün infrastruktur təqdim etməyə hazırdır - ARDNŞ prezidenti

Azərbaycan, Bakı, 03 mart / Trend /

Mərkəzi Asiya karbohidrogenlərinin Avropaya nəqli üçün Azərbaycanda hər cür şərait var. Bunu çərşənbə günü Bakıda Böyük Britaniyanın energetika naziri Lord Hant ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayevlə görüşündə deyib. Bu barədə şirkətin rəsmi saytında dərc olunan məlumatda bildirilir.

Abdullayevin sözlərinə görə, bu məqsədlə Azərbaycan karbohidrogenlərin nəqli üçün öz infrastruktunu təqdim etməyə hazırdır.

ARDNŞ rəhbəri deyib ki, bununla yanaşı, hazırda Azərbaycan Gürcüstan, Türkiyə, Rusiya və İrana qaz ixrac edir. Yanacağın bir hissəsi Türkiyədən Yunanıstana təkrar ixrac edilib.

Azərbaycan qazının nəqli perspektivlərinə toxunan Abdullayev qeyd edib ki, Azərbaycan Cənub enerji dəhlizi layihəsini dəstəkləyir. Hazırda ölkə "Nabukko", "Türkiyə-Yunanıstan-İtaliya", Transadriatik qaz kəməri layihələri çərçivəsində tərəfdaşlarla səmərəli iş aparır. Həmçinin görüş çərçivəsində Abdullayev Bolqarıstana və Rumıniyaya sıxılmış qazın ixracına dair memorandumların imzalanması məsələsinə toxunub.

Xəzər dənizinin Azərbaycan sektorunda "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinə hazırlıq işləri qrafikə uyğun aparılır.

Xəbər lenti

Xəbər lenti