...

ARDNŞ bayram günləri abunəçiləri fasiləsiz qaz verilişi ilə təmin edəcək

Energetika Materials 18 Mart 2010 16:07 (UTC +04:00)
ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi bayram günləri (Novruz bayramı) ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
ARDNŞ bayram günləri abunəçiləri fasiləsiz qaz verilişi ilə təmin edəcək

Azərbaycan, Bakı, 18 mart / Trend /

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi bayram günləri (Novruz bayramı) ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi Novruz bayramı günlərində - mart ayının 17-dən 28-dək növbəli iş rejimində işləyəcək. İstehlakçıların bu günlərdə təbii qazla fasiləsiz və davamlı təmin olunması üçün İB-də bütün texniki və texnoloji tədbirlər həyata keçirilib. Hazırda abonentlərə verilən sutkalıq təbii qazın həcmi 20 milyon kubmetrə çatdırılıb. Həmin həcmin 11 milyon kubmetri Bakı şəhərinin, qalan hissəsi isə regionların qaz təchizatına sərf olunur.

Bununla belə, istehlakçıların nəzərinə çatdırılır ki, təzyiqin artırılması ilə əlaqədar olaraq təbii qazdan istifadə zamanı bütün texniki təhlükəsizlik qaydalarına əməl etmək lazımdır.

Fasiləsiz qaz verilişini təmin etmək üçün 185 nömrəli qaynar xəttin iş saatı artırılıb, 104 nömrəli qəza xidmətinin fəaliyyəti gücləndirilib.

Xəbər lenti

Xəbər lenti