...

ARDNŞ-də Amerikanın nüfuzlu "Honeywell" və "UOP" şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Energetika Materials 19 Mart 2010 08:23 (UTC +04:00)
Martın 18-də ARDNŞ-nin Baş ofisinin binasında Şirkətin prezidenti Rövnəq Abdullayev ABŞ-ın Honeywell şirkətinin Xüsusi Materiallar Bölümünun rəhbəri Andreas C. Kramvis və UOP şirkətinin prezidenti Rajeev Gautamla görüş keçirmişdir.
ARDNŞ-də Amerikanın nüfuzlu "Honeywell" və "UOP" şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Martın 18-də ARDNŞ-nin Baş ofisinin binasında Şirkətin prezidenti Rövnəq Abdullayev ABŞ-ın Honeywell şirkətinin Xüsusi Materiallar Bölümünun rəhbəri Andreas C. Kramvis və UOP şirkətinin prezidenti Rajeev Gautamla görüş keçirmişdir, ARDNŞ-nin internet saytının yaydığı məlumatda deyilir.

Qonaqları salamlayan Rövnəq Abdullayev UOP və onun ana şirkəti olan Honeywell ilə ARDNŞ arasında uzunmüddətli sıx əməkdaşlıq əlaqələrinin olduğunu qeyd etmişdir.

Bu əməkdaşlığın müsbət nəticələr verdiyini vurğulayan ARDNŞ prezidenti qarşıdakı illərdə onun daha da dərinləşməsi üçün yeni imkanlar yarandığını bildirmişdir.

Honeywell şirkəti Xüsusi Materiallar Bölümünun rəhbəri Andreas C. Kramvis vaxt tapıb onlarla görüşdüyünə görə ARDNŞ prezidentinə təşəkkür etmiş və təmsil etdikləri şirkətlərin müxtəlif sənaye sahələri üzrə dünyada öncül yer tutduğunu söyləmişdir.

Honeywell və UOP-un elmi tədqiqatlar və yeni texnologiyaların işlənilməsi istiqamətində böyük nailiyyətlər qazandığını nəzərə çatdıran qonaq, həmçinin qeyd etmişdir ki, onlar mütəmadi olaraq əməkdaşlıq etdikləri şirkətlərlə təmaslar qurur, görüşlər keçirirlər.

Azərbaycana səfərlərinin məqsədindən danışan cənab Kramvis ARDNŞ ilə gələcək əməkdaşlıq imkanlarını dəqiqləşdirmək, Azərbaycanla bağlı inkişaf perspektivlərini müəyyən etmək niyyətində olduqlarını açıqlamışdır.

Daha sonra söz alan UOP şirkətinin prezidenti Rajeev Gautam neft emalı üzrə kommersiya baxımından təsdiqlənmiş yeni texnologiyalara malik olduqlarını və bunları Azərbaycanda tətbiq etmək istəklərini ifadə etmişdir.

Türkiyədə ARDNŞ tərəfindən yeni neft emalı zavodunun və Bakı ətrafında nəhəng neft-qaz emalı və neft kimyası kompleksinin inşa olunması planlarına toxunan qonaq bu istiqamətdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını söyləmişdir.

ARDNŞ prezidenti R.Abdullayev Honeywell və onun törəmə şirkəti olan UOP kimi günya miqyaslı qurumlarla əməkdaşlıq imkanlarının geniş olduğunu və onların təkliflərinin araşdırılacağını bildirmişdir.

Daha sonra tərəflər onları maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparmışlar.

Xəbər lenti

Xəbər lenti