...

"Azərenerji" SC yanvar-mart aylarında elektrik enerjisi istehsalını azaldıb

Energetika Materials 9 Aprel 2010 17:43 (UTC +04:00)
Yanvar-mart aylarında "Azərenerji" SC 5,3 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Bu göstərici ötən ilin analoji dövründə 5,8 milyard kilovat-saat elektrik enerjisi təşkil edib.

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Yanvar-mart aylarında "Azərenerji" SC 5,3 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Bu göstərici ötən ilin analoji dövründə 5,8 milyard kilovat-saat elektrik enerjisi təşkil edib. Bu barədə SC-nin cümə günü yayılan məlumatında deyilir.

Birinci rübdə istehsal edilən elektrik enerjisinin 4,4 milyard kilovat-saatı istilik elektrik stansiyalarının, 0,9 milyard kilovat-saatı isə su elektrik stansiyalarının payına düşüb.

"Azərenerji" martda 1,8 milyard kilovat-saat elektrik enerjisi istehsal edib.

Mart ayı ərzində həmçinin Rusiya, İran, Türkiyə və Gürcüstan ilə plan üzrə elektrik enerjisinin ötürülməsi davam edib.

Xəbər lenti

Xəbər lenti