Azərbaycan, Bakı, 13 aprel /Trend/
Ötən il ərzində (İranda yeni il martın 21-də başlayır) İrana 4,5 milyard dollar məbləğində benzin idxal olunub. Məlumatı İranın ISNA informasiya agentliyi yayıb.
Məlumata görə, ötən illə müqayisədə benzinin qiyməti və miqdarı müvafiq olaraq 67 və 154 faiz artıb. Ötən il İrana 4,58 milyard dollar məbləğində 7,8 milyon ton benzin gətirilib. Bu, ümumi idxalın 15,04 faizini və idxalın ümumi məbləğinin 8,3 faizini təşkil edir.