...

Azərbaycanda əsas avtomobil benzini istehlakçılarının ehtiyatları artıb

Energetika Materials 17 Aprel 2010 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Aprelin 1-nə əsasən, Azərbaycanın əsas istehlakçılarının mazut ehtiyatı, təxminən, 338,1 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,9 faiz azdır, - Dövlət Statistika Komitəsindən bildirilib.

Aprelin 1-də avtomobil benzini ehtiyatları 17,7 min ton təşkil edib ki, bu da ötən ilin yanvar-mart aylarındakı göstəricidən 4,7 faiz çoxdur.

Aprelin 1-də əsas istehlakçıların dizel yanacağı ehtiyatı 15,1 min ton təşkil edib ki, bu da 2009-cu ilin analoji göstəricisindən 4,4 faiz azdır.

Əsas istehlakçıların aviasiya benzini ehtiyatlarının həcmi 19,7 min ton təşkil edib ki, bu da 2009-cu ilin analoji göstəricisindən 29,6 faiz çoxdur.

Əsas istehlakçıların daş kömür ehtiyatları 5,8 min ton təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 11,5 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti