...

Azərbaycan "Azəri-Çıraq-Günəşli" neft yatağı ilə 72,6 mln ton neft əldə edib

Energetika Materials 20 Aprel 2010 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) neft yataqlar blokunun işlənməsi çərçivəsində neft hasilatına başlanandan indiyə kimi 193 milyon ton neft hasil edilib. Bu barədə çərşənbə axşamı Azərbaycanın Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Məsimli bildirib.

Məsimlinin sözlərinə əsasən, indiyə kimi AÇQ vasitəsilə hasil edilən neftin ümumi həcminin 72,6 milyon tonu Azərbaycanın payına düşüb.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun səhmdarları bunlardır: bp (operator - 34,1%), "Chevron" (10,2%), ARDNŞ (10%), INPEX (10%), "StatoilHydro" (8,6%), "ExxonMobil" (8%), TRAO (6,8%), "Devon" (5,6%), ITOCHU (3,9%), "Hess" (2,7%).

"Azəri-Çıraq-Günəşli" layihəsi üzrə birgə işləmə və hasilatın pay bölgüsü barədə saziş 1994-cü ilin sentyabrında imzalanıb. Müqavilənin fəaliyyət müddəti 30 ildir. "Çıraq" yatağında hasilat 1997-ci ildə, "Mərkəzi Azəri"də 2005-ci ilin əvvəlində, "Qərbi Azəri"də 2006-cı ilin əvvəlində, "Şərqi Azəri"də isə 2006-cı ilin sonunda başlanıb. 2008-ci ilin aprel ayının sonunda "Günəşli" yatağının dərin su hissələrində hasilata başlanılıb.

2010-cu ildə bp şirkəti bu yataqlar blokundan 42,1 milyon ton neft hasil edəcək. 2009-cu ildə bu göstərici 40,3 milyon ton təşkil edib. Hazırda "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan sutkalıq, təxminən, 854 min ton neft hasil edilir.

Xəbər lenti

Xəbər lenti