...

Xaçmaz elektrik stansiyası elektrik enerjisi istehsalını artırıb

Energetika Materials 24 May 2010 15:24 (UTC +04:00)
Yanvar-aprel aylarında Xaçmaz elektrik stansiyası proqnozlaşdırılan 49,5 milyon kilovatt-saat əvəzinə, 55 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Bu barədə "Azərenerji" SC-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 may /Trend/

Yanvar-aprel aylarında Xaçmaz elektrik stansiyası proqnozlaşdırılan 49,5 milyon kilovatt-saat əvəzinə, 55 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Bu barədə "Azərenerji" SC-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Aprel ayında elektrik stansiyası 7,4 milyon kilovatt-saatdan çox elektrik enerjisi istehsal edib.Bu isə proqnozlaşdırılandan 900 min çoxdur.

Bölgənin elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə tikilən Xaçmaz elektrik stansiyası ümumi gücü 87 meqavat olan 10 aqreqatdan ibarətdir. Xaçmaz elektrik stansiyası 2006-cı ilin dekabrında istismara verilib.

Xəbər lenti

Xəbər lenti