...

Gürcüstanda yanacağın pərakəndə satış qiyməti azalıb

Energetika Materials 24 May 2010 16:31 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 may /Trend, müxbir N.Kirsxaliya/

Bir neçə gürcü şirkəti yanacağın pərakəndə satış qiymətini 5 tetriyə (təxminən 3 dollar) qədər aşağı salıb.

Neft məhsulları istehsalçıları, alıcıları və idxalçıları Birliyindən Trend-ə verilən məlumata görə, digər şirkətlər də onların yolunu bu istiqamətdə davam etdirəcək.

"Son iki həftə ərzində neft məhsullarının qiymətləri dünya bazarında, eləcə də istehlak bazarında aşağı düşüb", - birliyin sədri Vano Mtvralaşvili deyib.

Xəbər lenti

Xəbər lenti