...

Qazaxıstanda "Şimali Buzaçi" yatağında 10 milyonuncu ton neft hasil edilib

Energetika Materials 3 İyun 2010 18:36 (UTC +04:00)
Qazaxıstanda "Şimali Buzaçi" yatağında mədənin işə başlamasından bu günə 10 milyonuncu ton neft hasil edilib.
Qazaxıstanda "Şimali Buzaçi" yatağında 10 milyonuncu ton neft hasil edilib

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Qazaxıstanda "Şimali Buzaçi" yatağında mədənin işə başlamasından bu günə 10 milyonuncu ton neft hasil edilib. Bu barədə LUKoyl şirkətinin məlumatında deyilir.

"Şimali Buzaçi" yatağı Qazaxıstanın qərbində, Manqışlaq vilayətində, vilayətin mərkəzi olan Aktau şəhərindən 250 km məsafədə yerləşir. Yataq 1975-ci ildə kəşf olunub. Sənaye hasilatına 1997-ci ildə başlanılıb.

LUKoyl şirkəti layihəyə 2005-ci ilin dekabrında qoşulub. Yatağın işlənib hazırlanması üzrə operatorlar "Buzaçi Opereytinq Ltd", "LUKoyl Oversiz" müştərək müəssisəsi, CNPC (Çin) və Mittal Investments (Hindistan) şirkətləridir.

Yataqdakı karbohidrogenlərin çıxarılan qalıq ehtiyatları 76 milyon ton dəyərində qiymətləndirilir. İstismar və basma quyularının fondu 700 vahidə yaxındır.

2009-cu ildə hasilat 1,92 milyon ton neft və 26,5 milyon ton səmt qaz təşkil edib (LUKoyl-un payı 0,48 milyon ton neft və 6,6 milyon kubmetr qazdır).

Xəbər lenti

Xəbər lenti