...

Yanvar-may aylarında ARDNŞ 55 min metrdən çox quyu qazıb

Energetika Materials 7 İyun 2010 14:55 (UTC +04:00)

Аzərbaycan, Bakı, 7 iyun /Trend/

Yanvar-may ayları ərzində ARDNŞ 2009-cu ilin analoji mərhələsində 80 109 metrə nisbətdə 58198 metr həcmində qazma işlərini həyata keçirib, - ARDNŞ-dən verilən məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, yanvar-mart aylarında həyata keçirilən qazma işlərinin ümumi həcmindən 56 355 metr istismar, qalan 1 843 metr isə axtarış qazmalarına sərf olunub (həmçinin, 462 metr struktur-axtarış qazmalarına).

May ayında ARDNŞ ötən ilin may ayında 14 968 metrə nisbətdə 12 750 metr həcmində qazma işləri həyata keçirib.

2009-cu ildə ARDNŞ 168,2 min metr həcmində quyu qazıb, 2008-ci ildə bu göstərici 203 min, 2007-ci ildə isə 190 376 metr təşkil edib.

Xəbər lenti

Xəbər lenti