...

ARDNŞ yanvar-may aylarında neft hasilatını 22 milyon barel artırıb

Energetika Materials 18 İyun 2010 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Yanvar-may aylarında ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neft-qaz çıxarma idarələri ölkənin offşor və onşor yataqlarında 22,17 milyon barelə yaxın neft (3,088 milyon ton) hasil ediblər. 2009-cu ilin yanvar-aprel aylarında bu göstərici 22 milyon barel (3,015 milyon ton) olub. Bu barədə ARDNŞ-dən məlumat verilib.

ARDNŞ-in xarici şirkətlərlə birgə layihələrinin payına 5,45 milyon bareldən çox neft düşür. Bunun 920,53 mini əməliyyat şirkətlərinin, 4,03 milyon barelə yaxını "Azəri-Çıraq-Günəşli" layihəsinin, 502,97 min bareli "Şahdəniz" yatağından qaz-kondensatın payına düşür.

Yanvar-may aylarında ARDNŞ 3,24 milyard kubmetrə yaxın qaz alıb. Ötən ilin analoji dövrü üçün bu göstərici 3,39 milyard kubmetrə yaxın təşkil edib. Həmin dövrdə ARDNŞ-in neft-qaz çıxarma idarələri 2,98 milyard kubmetr qaz hasil ediblər. Quruda qaz hasil edən birgə müəssisələr və əməliyyat şirkətləri yanvar-may aylarında ARDNŞ-yə 28,7 milyon kubmetr qaz veriblər.

Bu ilin yanvar-may aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağında ARDNŞ üçün 1,4 milyard kubmetr səmt qazı hasil edilib. Ötən ilin analoji dövründə bu göstərici 1,74 milyard kubmetr təşkil edib.

Azərbaycanda 59 neft-qaz yatağı var. Onlardan 18-i dənizdə, qalanları quruda yerləşir.

Xəbər lenti

Xəbər lenti