...

ВР Xəzərdə qaz istismar quyusunu qazmaqda davam edir

Energetika Materials 8 İyul 2010 18:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin operatoru olan Britaniyanın ВР şirkəti yataqda hasilat quyusunun qazılmasını davam etdirir. Hazırda layihə üzrə 7 min metr olan quyunun dərinliyi 4690 metr təşkil edir. Bu barədə cümə axşamı neft-qaz bazarındakı mənbə məlumat verib.

Onun sözlərinə görə, qazma işləri normal rejimdə həyata keçirilir.

"Quyunun qazılması çərçivəsində işlər davam edir, indi quyunun dərinliyi 4690 metr təşkil edir", - mənbə bildirib.

Bir müddət əvvəl mənbənin dediyinə görə, yeni quyunun qazılması bu ilin oktyabr-noyabr aylarında başa çatmalıdır.

Eləcə də, mənbənin sözlərinə görə, qışa yaxın ВР yataqdakı beş quyudan birinin yan gövdəsinin qazılması üzrə işlərə başlayacaq. Bundan əvvəl həmin quyu qismən müvəqqəti dayandırılmışdı. Quyunun ikinci gövdəsinin qazılmasına yeni hasilat quyusunda qazma işləri başa çatdıqdan sonra başlanacaq.

Bundan əvvəl BP yataqda mövcud olan beş hasilat quyusundan birinin konservasiyasını başa çatdırıb. Əvvəlcə quyunun ləğv edilməsi planlaşdırılmışdı. Quyunun ləğv edilməsi barədə qərarın qəbul edilməsi süxurlararası məkanda təzyiqin olması ilə bağlı idi. Lakin quyunun ləğv olunması prosesi zamanı qərara alınıb ki, onu qismən ləğv etmək olar. Quyu 2500 metrə yaxın ləğv edilib, yerdə qalan 4 min metrin isə konservasiya olunması qərara alınıb.

Hazırda yataqda dörd quyudan qaz hasil olunur. "Şahdəniz"dən sutkalıq qaz hasilatı 20 milyon kubmetrə yaxındır.

Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hasilatın ən yüksək həddi 8,6 - 9 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı həcmini ildə daha 16 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.

"Şahdəniz" yatağından hasil olunan qaz Gürcüstana və Türkiyəyə nəql olunur, layihə çərçivəsində qazın bir hissəsini Azərbaycan alır.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%. "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti