...

Bakıda bərpa olunan enerji mənbələri üzrə I Qafqaz forumu və ticarət sərgisi keçiriləcək

Energetika Materials 15 İyul 2010 18:14 (UTC +04:00)
Bərpa olunan enerji mənbələri üzrə I Qafqaz forumu və ticarət sərgisi 2010-cu il sentyabrın 7-8-də Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək.
Bakıda bərpa olunan enerji mənbələri üzrə I Qafqaz forumu və ticarət sərgisi keçiriləcək

Аzərbaycan, Bakı, 15 iyul /Trend/

Bərpa olunan enerji mənbələri üzrə I Qafqaz forumu və ticarət sərgisi 2010-cu il sentyabrın 7-8-də Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək.

Forum və ticarət sərgisinin məqsədləri:

- ekoloji cəhətdən təmiz texnologiyaların gələcək inkişafı və nəqli, həmçinin bərpa olunan enerji mənbələri sənayesinin inkişafının və onun Qafqaz regionunda tədarükçülərinin sayının artırılmasının sürətləndirilməsi;

- Qafqaz regionunda bərpa olunan enerji mənbələri sənayesinə gələcəkdə uğurlu investisiyaların yatırılması üçün neft və qaz şirkətlərinin, bank və investisiya institutlarının cəlb olunması.

Forumun əsas mövzuları:

- Qafqaz regionunda qanunvericilik;

- maliyyələşdirmə mənbələri;

- Qafqaz regionunda ekoloji biznesin inkişafı üçün imkanlar;

- texnologiyaların ekoloji cəhətdən təmiz biznes və nəqli.

Forum günlərində keçiriləcək "Yaşıl biznes" I Beynəlxalq ticarət sərgisi təqdimatlar üçün mini-stendlər və ekspozisiya stolu üzrə imkanlar yaradır.

Rəsmi təşkilatçılar: Avropa Menecment Akademiyası GmbH & EVRA International, Inc. /

Əlaqə: telefon +49 40 53026115; [email protected]; http://caucasus.is-abc.com

Xəbər lenti

Xəbər lenti