...

Tbilisinin enerji təchizatında problemlər yaranıb

Energetika Materials 26 İyul 2010 18:55 (UTC +04:00)
Bu gün Gürcüstanda yüksəkgərginlikli "İmereti" elektrikötürücü xəttində baş vermiş qəza nəticəsində Tbilisinin elektrik enerjisi ilə təchizatında problemlər yaranıb.
Tbilisinin enerji təchizatında problemlər yaranıb

Gürcüstan, Tbilisi, 26 iyul /Trend, müxbir N.Kirsxaliya/

Bu gün Gürcüstanda yüksəkgərginlikli "İmereti" elektrikötürücü xəttində baş vermiş qəza nəticəsində Tbilisinin elektrik enerjisi ilə təchizatında problemlər yaranıb.

Metronun bir neçə stansiyasına elektrik enerjisinin verilişi dayanıb. Sərnişinləri vaqonlardan xüsusi xilasetmə qrupları çıxardıb.

Gürcüstanın Dövlət elektrik sistemindən Trend-ə verilən məlumata görə, qəzaya səbəb Şərqi Gürcüstan və paytaxta gedən xətlərin şəbəkədən qismən açılması olub. Bərpa işlərinə başlanılıb və paralel olaraq şəbəkənin yüklənməsi aparılır.

Baş verənlər Gürcüstan paytaxtının bir çox rayonlarında suyun kəsilməsinə də səbəb olub.

Xəbər lenti

Xəbər lenti