...

ABŞ Qazaxıstanda investisiya mühitinin əlverişli qalacağına ümid edir – xüsusi elçi Riçard Morninqstar

Energetika Materials 28 İyul 2010 13:05 (UTC +04:00)
Qazaxıstanda investisiya mühiti həmişə müsbət olub və ABŞ onun belə qalacağına ümid edir. ABŞ-ın Avrasiya regionunda energetika məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar bu gün Astanada bəyan edib.
ABŞ Qazaxıstanda investisiya mühitinin əlverişli qalacağına ümid edir – xüsusi elçi Riçard Morninqstar

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir S.Süleymanov/

Qazaxıstanda investisiya mühiti həmişə müsbət olub və ABŞ onun belə qalacağına ümid edir. ABŞ-ın Avrasiya regionunda energetika məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar bu gün Astanada bəyan edib.

"Qazaxıstanda investisiya mühiti həmişə müsbət olub və ABŞ onun belə qalacağına ümid edir. Və şirkətlərlə hökumət arasında hansı sualların yaranmasından asılı olmayaraq, onlar danışıqlar yolu ilə həll olunmalıdır", - Morninqstar deyib.

O əlavə edib ki, ABŞ üçün müqavilələrin toxunulmazlığı çox vacibdir.

"Uğurlu biznes münasibətlərdən və etimaddan asılıdır. Və mən vəziyyətin dəyişməsində heç bir pis şey görmürəm. Lakin danışıqlar etimad və müsbət nəticəyə köklənməli, bütün tərəflər üçün əlverişli həll atmosferində keçməlidir və onda investisiya mühiti ilə bağlı hər şey qaydasında olacaq", - o qeyd edib.

Bir az əvvəl Qazaxıstanın maliyyə polisi "Tengizchevroil" (operatoru Amerikanın "Chevron" şirkəti) şirkətinə qarşı "Tengiz" yatağından qanunsuz neft hasil olunması faktı üzrə cinayət işi qaldırıb.

Xəbər lenti

Xəbər lenti