...

Yanvar-iyun aylarında Aktau-Bakı marşrutu üzrə neft yüklərinin daşınması 41 faiz artıb

Energetika Materials 5 Avqust 2010 20:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbirlər S.Süleymanov, E.İsmayılov/

Cari ilin birinci yarısında Aktau-Bakı istiqamətində Qazaxıstan neftinin nəqlinin həcmi 849 min ton təşkil edib. Bu göstərici 2009-cu ilin yanvar-iyun aylarında 602 min ton olub. Bu barədə Trend-ə Qazaxıstan Nəqliyyat və Kommunikasiya Nazirliyinin Nəqliyyat və dəmir yolları komitəsi sədrinin müavini Aybat Kanqaliyev bildirib.

"Bu dövrdə göstərilən istiqamət üzrə daşımaların həcminin artması 41 faiz olub", - Kanqaliyev deyib.

Hazırda Xəzərdən neft nəqli üç istiqamətdə həyata keçirilir: Aktau-Mahaçqala (Rusiya), Aktau-Bakı (Azərbaycan), Aktau-Neka (İran).

Kanqaliyevin sözlərinə görə, yaxın illərdə (2011-2014-cü illər) Aktau limanı vasitəsilə orta hesabla 11 milyon ton neftin ötürülməsi planlaşdırılıb. Onun 7,6 milyon tonu milli gəmiçilik şirkətinin payına düşəcək.

Qazaxıstan neftinin nəqlinin müqayisəli cədvəli (min ton):

İstiqamət

2009-cu il

Yanvar-iyun, 2009-cu il

Yanvar-iyun, 2010-cu il

Fərq (%-lə)

Aktau-Mahaçqala

3 809

2 029

1 859

92

Aktau-Neka

1 750

937

575

61

Aktau-Bakı

1 491

602

849

141

Qara dənizdə

245

245

102

42

Cəmi

7 295

3 813

3 385

89

Xəbər lenti

Xəbər lenti